Türkiyənin "Topkim" şirkətinin istehsalı olan BLOTİK emulsiyalı konsentrat. Hər ml-i 70mq (7%) sipermetrindən və köməkçi maddələrdən ibarətdir. İri və xırdabuynuzlu heyvanlarda və heyvan saxlanılan yerlərdə rast gəlinən qotur gənələri, qansoran bitlər, yun bitləri, birələr və s. ektoparazitlərə qarşı tətbiq edilir. -
Preparat çimizdirmə və püskürtmə üsulu ilə tətbiq edilir. Çimizdirmə üsulu ilə 1 ton suya 750ml və ya 100 litr suya 75 ml ,püskürtmə üsulu ilə 1 ton suya 1litr və ya 100 litr suya 100ml əlavə edilir.
QEYD: Preparatdan istifadə zamanı şəxsi gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməlidir. Bunun üçün də prossesin baytar həkimi nəzarətində olunması vacibdir!
Blotik
Size
Country
Türkiyə
Company
Topkim
Category
Parasitic diseases